Bank Of Baku

Şimali və Cənubi Koreya bir-birini ittiham edir

Şimali və Cənubi Koreya bir-birini ittiham edir
# 23 noyabr 2010 12:35 (UTC +04:00)
Bakı – APA. Koreya Xalq Demokratik Respublikasının hökuməti noyabrın 23-də səhər baş verən hərbi toqquşma zamanı ilk atəşin cənubdan atıldığını açıqlayıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Cənubi Koreya tərəfi isə şimaldan Enphendo adasına artilleriya atəşləri açıldığını, nəticədə 2 hərbçinin həlak olduğunu, 2-si dinc sakin olan 13 nəfərin yaralandığını bildirib. Adada onlarla ev dağılıb və elektrik təchizatı dayanıb.

Enphendo adası düşmən qardaşlar arasındakı ayırıcı zolaqda yerləşir. Cənubi Koreya bu xətti sərhəd sayır, Şimali Koreya isə bu sərhədi tanımır və arxipelaq ətrafındakı ərazi sularına iddia edir. Adada Cənubi Koreya dəniz piyadalarının bazası var. 1999-cu və 2002-ci ildə bu zonada iki Koreya arasında toqquşmalar baş verib.

ABŞ, Rusiya və Çin tərəfləri münaqişənin alovlanmasına yol verməməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR