Bank Of Baku

Səkinə Aştiyaninin üzərindən ölüm hökmü götürülə bilər

Səkinə Aştiyaninin üzərindən ölüm hökmü  götürülə bilər
# 24 noyabr 2010 02:34 (UTC +04:00)
Bakı-APA. Iranın İnsan Haqları Şurasının rəhbəri Məhəmməd Cavad Laricani, zina ittihamı ilə daşqalaq cəzasına məhkum edilən Səkinə Aştiyaninin üzərindən ölüm hökmünün götürülə biləcəyini deyib.
APA-nın CNNTURK-ə istinadən verdiyi xəbərə görə, Laricani ingiliscə yayımlanan Press TV-yə verdiyi şərhdə bildirib ki, İnsan Haqları Şurası Aştiyanının cəzasının yüngülləşdirilməsi üçün çox çalışıb. “Biz onun ölün cəzasından canını qurtarması şansının böyük olduğunu düşünürük”,- o deyib.
Laricani beynəlxalq mətbuatı İranın ədalət sisteminin yanaşmasında ikili standartlarla hərəkət etdiyini bildirib. “Həyat yoldaşını və ögey oğlunu öldürməkdə günahkar bilinən və sentyabr ayında edam edilən Amerikalı qadın Teresa Levis barədə heç kim danışmır. Amerikalı qadın haqqında heç bir şey deyilmir, ancaq bizim ədalət sistemimiz çox tənqid edilir", -o bildirib.
Xatırladaq ki, 2 uşaq anası Sakinə Aştiyani, ərini öldürdüyü və nikahdan kənar əlaqədə olduğu iddiası ilə 2006-də ildə daşqalaq cəzasına məhkum edilib.
Aştiyani verilən bu cəza başda ABŞ olmaqla beynəlxalq ictimaiyyətin böyük mənfi reaksiyasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR