Bank Of Baku

Koreya yarımadasındakı qarşıdurma tənqidə səbəb olub

Koreya yarımadasındakı qarşıdurma tənqidə səbəb olub
# 24 noyabr 2010 03:26 (UTC +04:00)
Bakı-APA. Amerika Birləşmiş Ştatları Şimali Koreyanın Cənubi Koreya adasını artilleriya atəşinə tutmasına veriləcək cavabı Seulla koordinasiya olunacağı bildirib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, hadisədə nəticəsində iki Cənubi Koreya əsgəri həlak olub, daha iki əsgər və beş mülki vətəndaş yaralanıb. Cənubi Koreya hökuməti bildirib ki, mütləq Şimali Koreyanın atəşinə cavab verəcək.
Pxenyan isə ilk atəşi açan tərəfin Cənubi Koreya olduğunu israr edir.
Cənubi Koreya dövlət başçısı Li Myung-Bak, qeyd edib ki, Şimali Koreya təkrar hücum edərsə Seul olduqca sərt addımlar atacaq.
Obama administrasiyası Şimali Koreyan böyük təxribat törətməkdə ittiham edib.
BMT-nin Baş katibi Pan Ki Min Koreya yarımadasında artan gərginliyə görə dərin narahatlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR