Bank Of Baku

Əfqanıstan hökuməti səsvermənin nəticələrinin hesablanmasına müdaxilə edirlər - müxalifət

Əfqanıstan hökuməti səsvermənin nəticələrinin hesablanmasına müdaxilə edirlər - müxalifət
# 24 noyabr 2010 23:15 (UTC +04:00)
Bakı-APA. 2009-cu ildə keçirilmiş prezident seçkilərində Əfqanıstan prezidenti Həmid Kərzayın əsas rəqibi, özünü əfqan müxalifətinin lideri adlandıran Abdulla Abdulla hökumətin Qəznə əyalətində parlament seçkilərinin nəticələrinin hesablanmasına müdaxilə etdiyini bildirib.

Əfqanıstan MSK-nın sədri Fazil Əhməd Mənəvi bildirib ki, Qəznə əyalətində səsvermənin nəticələrinin hesablanmasına «texniki səbəblərə» görə minimum bir həftə lazım olacaq.

Lakin Abdulla bəyan edib ki, Qəznə icra orqanlarının bu məsələdə öz maraqları var və məhz ona görə MSK sentyabrın 18-də keçirilmiş parlament seçkilərinin nəticələrini elan edə bilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR