Bank Of Baku

Çin və Cənubi Koreya məsləhətləşmələrə başlayıb

Çin və Cənubi Koreya məsləhətləşmələrə başlayıb
# 27 noyabr 2010 16:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında bir neçə gün öncə Sarı dənizdə baş verən hərbi insidentlə bağlı Cənubi Koreya ilə Çin arasında məsləhətləşmələrə başlanılıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Çin Dövlət Şurasının üzvü Dai Binqquo bu gün Seula gəlib. Səfər çərçivəsində ÇXR nümayəndəsi Cənubi Koreyanın rəhbərləri ilə görüşəcək və Sarı dənizdə baş verən hərbi insident, həmçinin bölgədəki gərginliyin aradan qaldırılması üçün məsləhətləşmələr aparacaqlar.

Cənubi Koreyanı müzakirələrdə xarici işlər naziri Kim Son Xban təmsil edəcək.

Qeyd edək ki, Sarı dənizdə baş verən hərbi insident zamanı Cənubi Koreya tərəfindən 4 nəfər həlak olub, 18 nəfər yaralanıb. Hadisə zamanı Şimali Koreyanın çəkdiyi zərər barədə açıqlama verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR