Bank Of Baku

Şimalı Koreya Seulu əhalidən sədd kimi istifadə etməkdə günahlandırır

Şimalı Koreya Seulu əhalidən sədd kimi istifadə etməkdə günahlandırır
# 27 noyabr 2010 23:49 (UTC +04:00)
Bakı-APA Şimalı Koreya Seulu dinc sakinlərdən sədd kimi istifadə etməkdə günahlandırıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Şimali Koreya rəhbərliyinin fikrincə, Cənubi Koreya bu adamlardan raket atəşi zamanı hərbi obyektlərini müdafiə etmək üçün istifadə edib. Adanın raket atəşinə tutulması nəticəsində iki dinc sakin və iki dənizçi həlak olub.
Cənubi Koreya ilə ABŞ-ın birgə hərbi təlimlərindən bir neçə saat əvvəl Şimali Koreya Cənubu qəzəbləndirmək üçün yeni iddialarla çıxış edib. Pxenyan bildirib ki, Seul ötən çərşənbə axşamı baş verən hücum nəticəsində yer alan xəsarət hallarından təbliğat üçün istifadə edir. Daha doğrusu, belə fikir yaratmağa çalışır ki, müdafiəsiz dinc sakinlər Şimalın raket atəşinə düçar qalıblar.
Cənubi Koreya bildirib ki, Şimali Koreya adanı raket atəşinə tutan zamanı 60 yaşlarında olan iki kişi orada işləyirmiş. Həlak olan iki dənizçinin komandiri də onların qisasını alacağını vəd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR