Bank Of Baku

Tehranda universitet müəllimlərinə qarşı terror aktı törədilib, ölən və yaralananlar var

Tehranda universitet müəllimlərinə qarşı terror aktı törədilib, ölən və yaralananlar var
# 29 noyabr 2010 09:52 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə zamanı doktor Şəhriyari həlak olub, həyat yoldaşı isə yaralanıb. Digər universitet müəllimi Firudin Abbasi və onun həyat yoldaşı da ağır yaralanıblar.
“Fars” xəbər agentliyi xəbər verir ki, Tehranın polis rəisi Hüseyn Sacidiniya jurnalistlərə açıqlamasında İranın ən fəal universitet müəllimlərinə qarşı terror aktının xüsusi plan əsasında həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, partlayıcı qurğular universitet müəllimlərinin avtomobilində quraşdırılaraq partladılıb.
H. Sacidiniya hazırda hadisə ilə bağlı araşdırmaların davam etdiyini, hələlik heç kimin saxlanılmadığını bildirib.
Terrorla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR