Bank Of Baku

İranın Atom Enerjisi Təşkilatının sədri: “İranın düşmənləri odla oynamasın, xalqımızın səbrinin həddi var”

İranın Atom Enerjisi Təşkilatının sədri: “İranın düşmənləri odla oynamasın, xalqımızın səbrinin həddi var”
# 29 noyabr 2010 12:57 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “Bizim səbir kasamız dolsa, düşmənlərin sonu heç də yaxşı olmayacaq”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Tehranda terror hadisəsi zamanı yaralanan universitet müəllimi Firudin Abbasiyə baş çəkərkən deyib. O bildirib ki, sui-qəsd nəticəsində öldürülən doktor Məcid Şəhriyari illər öncə onun ən fəal şagirdlərindən olub: “O, həqiqətən atom enerjisi sahəsində ən fəal alimlərdən idi. Düşmən ən əziz gülümüzü bizdən aldı. İran xalqı səbir və müqavimətlə öz çətinliklərini aradan qaldıracaq. İranda yüzlərlə Şəhriyari yetişdirəcəyik. Atom enerjisi sahəsində işlərimizi daha da sürətləndirəcəyik. Düşmənin oxu daşa dəyib, onların sonu heç də yaxşı olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR