Bank Of Baku

Mahmud Əhmədinejad: ““Wikileaks”in yaydığı məlumatlar ara qarışdırmaqdan başqa bir şey deyil”

Mahmud Əhmədinejad: ““Wikileaks”in yaydığı məlumatlar ara qarışdırmaqdan başqa bir şey deyil”
# 29 noyabr 2010 14:58 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “Bizim bölgə ölkələrinə münasibətimiz olduğu kimi qalacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri “Wikileaks” saytının yaydığı məxfi sənədlərə münasibətini açıqlayan İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, “Wikileaks”in məlumatları ABŞ hökumətinin diqtəsi ilə hazırlanıb və xüsusi məqsədlərə xidmət edir: “Bunlar yalan və əsassızdır”.
M. Əhmədinejad İranda atom fizikası ilə məşğul olan 2 universitet müəlliminin terrora məruz qalmasına da toxunaraq bəyan edib ki, Qərb ölkələri və İsrail rejiminin bu sui-qəsddə bilavasitə əlləri var: “İranın təhlükəsizlik orqanları tezliklə cinayəti törədənləri tapıb ifşa edəcəklər. Qərbin İranla danışıqlara getməsinin mənası budur. Bu hadisələr hamısı onların ayağına yazılır, bunun hesabını verməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR