Bank Of Baku

Əfqanıstanda 6 NATO hərbçisi öldürülüb

Əfqanıstanda 6 NATO hərbçisi öldürülüb
# 29 noyabr 2010 16:43 (UTC +04:00)
Bakı – APA. Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində 6 NATO hərbçisi öldürülüb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Əfqanıstan sərhəd polisinin formasında olan şəxs məşq zamanı NATO əsgərlərini atəşə tutub. O, cavab atəşi ilə öldürülüb. Hələlik öldürülən NATO hərbçilərinin hansı ölkədən olduğu, atəş açan şəxsin polis, ya da hərbi bazaya girən terrorçu olub-olmadığı açıqlanmır.

Qeyd edək ki, hazırda Əfqanıstanda 55 min NATO hərbçisi yerləşdirilib. Onların böyük əksəriyyəti amerikalılardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR