Bank Of Baku

İranın Şərqi Azərbaycan vilayətində ağır yol qəzası baş verib, 6 nəfər ölüb

İranın Şərqi Azərbaycan vilayətində ağır yol qəzası baş verib, 6 nəfər ölüb
# 02 dekabr 2010 10:02 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Şərqi Azərbaycan vilayəti ərazisində, Tikmədaş-Qaraçəmən magistral yolunda ağır yol qəzası baş verib. APA-nın İran polisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qəza zamanı 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

İran polisinin mətbuat xidmətinin rəhbəri Həbib Hüseynquluzadə bildirib ki, qəza minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində baş verib. Minik avtomobilində olan 3 qadın və 3 kişi yerindəcə dünyalarını dəyişiblər. 65 yaşlı bir nəfər isə ağır yaralanıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR