Bank Of Baku

İranda alimlərə hücumla bağlı həbslər həyata keçirilib

İranda alimlərə hücumla bağlı həbslər həyata keçirilib
# 03 dekabr 2010 00:31 (UTC +04:00)
Bakı-APA. İranın kəşfiyyat naziri Heydər Moslehi bildirib ki, hüquq-mühafizə orqanları bazar ertəsi tanınmış bir nüvə aliminin qətli, o birisinin isə yaralanması ilə bağlı bir neçə şübhəlini həbs ediblər. Dövlət televiziyası Heydər Moslehiyə istinadən xəbər verib ki, həbslər ortaya yeni dəlillər çıxarıb ki, bu da əlavə həbslərə yol açıb. Moslehi bildirib ki, hücumlarda İsrail, Britaniya və ABŞ kəşfiyyat orqanlarının əli olub, lakin o, həbs edilənlərin bu qurumlarla əlaqələri haqda heç nə deməyib.

Xatırladaq ki, noyabrın 29-da baş vermiş partlayış nəticəsində alim Məcid Şəhriyari həlak olub, həyat yoldaşı isə yaralanıb. Oxşar hücumda başqa alim Firudin Davaniabbasi isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR