Bank Of Baku

KXDR komsomolunun rəhbərlərindən biri Cənubi Koreyaya qaçıb

KXDR komsomolunun rəhbərlərindən biri Cənubi Koreyaya qaçıb
# 03 dekabr 2010 04:59 (UTC +04:00)
Bakı-APA. Cənubi Koreya hökumətinin nümayəndəsi Şimali Koreya komosomolunun liderlərindən birinin bu ölkəyə qaçdığını bildirib.

Seul bu faktı gizlətməyə çalışsa da, «WikiLeaks»da müvafiq məlumat dərc edildikdən sonra onu təsdiq etməyə məcbur olub.

Hökumət nümayəndəsi qaçan şəxsin adını açıqlamayıb. Lakin Seulun "Çoson ilbo" qəzeti həmin adamın KXDR Kimirsençi sosialist gənclər ittifaqının Yaqando əyalət lideri 40 yaşlı Sol Çjon Seq olduğunu yazıb.

1950-53-cü illər Koreya müharibəsinin bitməsindən sonra 20 mindən artıq KXDR vətəndaşı Cənuba qaçıb. Onların arasında ən yüksək vəzifəlisi Sol Çjon Seqdir. Onadək Cənuba qaçmış ən yüksək vəzifəli KXDR-li siyasətçi Koreya Əmək Partiyasının keçmiş ideologiya katibi Xvan Dyan Ob olub. Ob bu ilin oktyabrında Seuldakı mənzilində 87 yaşında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR