Bank Of Baku

İraqda BƏƏ-dən gəlmiş 3 şeyxi oğurlayıblar

İraqda BƏƏ-dən gəlmiş 3 şeyxi oğurlayıblar
# 04 dekabr 2010 00:53 (UTC +04:00)
Bakı-APA. Naməlum şəxslər İraqın qərbində Birləşmiş Ərəb Əmirliklərindən olan 3 şeyxi oğurlayıblar.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, bütün oğurlananlar Əbu-Dabidə hakimiyyətdə olan Ən-Nəhayan ailəsinə məxsusdurlar. Onlarla bir yerdə İraqın Əl bu-Soda tayfasından olan şeyx Həmid Abdulla Carbua da oğurlanıb.

Oğurlanma İraqın səhralıq hissəsində Ənbar və Naynava əyalətlərinin kəsişməsində baş verib. Şeyxlər ora şahin ovlamağa gedibmişlər.

«Hələlik bu işin arxasında «Əl-Qaidə» yaraqlılarının, yoxsa adi quldurların durduğu aydın deyil», deyə mənbə bildirib.

Bu arada artıq şeyx Carbuanın ailəsindən naməlum şəxslərin 1 milyon dollar girov tələb etdikləri məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR