Bank Of Baku

Mahmud Abbas:" Mövcud olmayan hakimiyyətin prezidenti kimi qala bilmərəm"

Mahmud Abbas:" Mövcud olmayan hakimiyyətin prezidenti kimi qala bilmərəm"
# 05 dekabr 2010 01:28 (UTC +04:00)
Bakı-APA. Fələstinlilərin prezidenti Mahmud Abbas İsraillə sülh razılığı əldə edilmədiyi halda, Fələstin İdarəsinin buraxılmasının mümkünlüyü məsələsini qaldırıb.
APA-nın voanews.com saytına isitnadən verdiyi xəbərə görə, televiziyada yayımlanan müsahibədə Abbas deyib ki, İsrail işğal olunmuş ərazilərdə yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmasa və ABŞ-ın vasitəçiliyi ilə danışıqlar baş tutmasa, o, fələstinlilərin bu ərazilərdə özünü-idarəsinə son qoyulmasına çalışacaq. İsrailin İordan çayının Qərb sahilinin işğalını qeyd edən Abbas deyib ki, o, mövcud olmayan hakimiyyətin prezidenti kimi qalmağa davam edə bilməz. Fələstin İdarəsi 1993-cü ildə Oslo sülh müqaviləsinə əsasən yaradılmışdı. Ona İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının Qərb sahili və Qəzza zolağının ərazilərində sülh razılığı əldə edilənə qədər iradəedici səlahiyyətlər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR