Bank Of Baku

İsraildə meşə yanğını tam söndürülüb

İsraildə meşə yanğını tam söndürülüb
# 06 dekabr 2010 12:32 (UTC +04:00)
Bakı – APA. İsraildə dekabrın 2-də başlayan və ölkənin şimalını bürüyən meşə yanğınları tam söndürülüb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu İsrail polisi açıqlayıb.

Xatırladaq ki, İsrailin üçüncü böyük şəhəri Hayfa ətrafındakı Karmel dağının yamacında başlayan yanğın nəticəsində 41 nəfər ölüb. Onların əksəriyyəti öz həmkarlarının köməyinə tələsən həbsxanalar idarəsinin zabit kurslarının dinləyiciləri olub.

İsraildəki yanğınların söndürülməsində Azərbaycan yanğınsöndürənləri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR