Bank Of Baku

İranda tələbə nümayişləri keçirilib

İranda tələbə nümayişləri keçirilib
# 07 dekabr 2010 17:46 (UTC +04:00)
Bakı-APA. İranda Tələbə günündə bir neçə universitetdə tələbələrin hökumət əleyhinə nümayişləri keçirilib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, İranın hakimiyyət dairələri universitetlərdə genişmiqyaslı təhlükəsizlik əməliyyatı aparırlar.
Buna baxmayaraq bəzi yerlərdə nümayişlər baş tutub.Lakin onların miqyası məlum deyil.Etirazlardan ən böyüyü Tehran Universitetində keçirilib.
Müxalifət lideri Mehdi Kərrubinin həbs edilmiş tələbə fəallarının ailələri ilə görüşdüyü və hakimiyyətin ifadə azadlığını boğmaq cəhdlərini pislədiyi xəbər verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR