Bank Of Baku

Nobel mərasimini boykot edən ölkələrin sayı çoxalır

Nobel mərasimini boykot edən ölkələrin sayı çoxalır
# 07 dekabr 2010 22:42 (UTC +04:00)
Bakı-APA. Çin və 18 başqa ölkə bildirib ki, cümə günü Nobel Sülh Mükafatının təqdim olunması mərasimində iştirak etməyəcəklər.
APA-nın bbc.com saytına verdiyi xəbərə görə, həmin mükafata çinli disident Liu Xiaobo layiq görülüb.
Norveçin Nobel Komitəsi yaydığı məlumata əsasən, 44 dövlətin sıralarına qoşulmayacaq ölkələr arasında Rusiya, Səudiyyə Ərəbistanı, Pakistan, İraq və İranın adlarını çəkilir olar.
Çin rəsmilərindən biri "böyük əksəriyyətin" mərasimə qatılmayacağını söyləyib.
Nobel Komitəsi Liunu Çində insan haqları uğrunda mübarizənin "ən əsas rəmzi" adlandırır.
Boykota qoşulanlar arasında Qazaxıstan, Tunis, Serbiya, Ukrayna və Kuba da var.
BMT-nin baş insan haqları rəsmisi Navi Pillay mərasimə getməyəcəyini deməsinə görə tənqid olunub.
Liu 1989-cu ildə Tyananmen Meydanı etirazlarında əsas fiqurlardan biri idi.
Ötən il o Xartiya 08 adlı sənədi yazmasına görə 11 illik həbs cəzası almışdı. Həmin deklarasiyada Liu Çində çoxpartiyalı sistemin yaradılmasına səsləyirdi.
Nə onun özü, nə də ailə üzvləri mükafatı şəxsən ala bilməyəcək.
Həyat yoldaşı Liu Xia mükafat barədə elan ediləndən bəri ev həbsi şəraitində yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR