Bank Of Baku

Türkiyə İsrailə iki yanğınsöndürən təyyarə göndərib

Türkiyə İsrailə iki yanğınsöndürən təyyarə göndərib
# 08 dekabr 2010 02:41 (UTC +04:00)
Bakı-APA.Türkiyə ötən həftədən başlayan meşə yanğınlarına yardım məqsədi ilə İsrailə iki yanğınsöndürən təyyarə göndərib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu addım iki ölkə arasındakı münasibətlərin normallaşması üçün aparılan diplomatik təşəbbüslərin ardınca atılıb. Ankaranın bu qərarına İsrailin baş naziri Benyamin Netanyahu türk həmkarına zəng edərək, təşəkkürünü bildirməsi ilə cavab verib. Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan İsraillə əlaqələrin normallaşması səylərini davam etdirib. O deyib ki, İsrailin üzrxahlığından sonra o ölkə ilə əlaqələrin yeni səhifəsi açıla bilər. Ötən həftə sonu Cenevrədə Türkiyə və İsrailin diplomatları arasında yüksək səviyyəli görüşlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR