Bank Of Baku

İranın islahatyönümlü "Şərq" qəzetinin baş redaktoru və digər işçiləri həbs edilib

İranın islahatyönümlü "Şərq" qəzetinin baş redaktoru və digər işçiləri həbs edilib
# 10 dekabr 2010 01:50 (UTC +04:00)
Bakı-APA. İranda islahatyönümlü “Şərq” qəzetinin baş redaktoru və qəzetin digər üç işçisi İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, qəzetin baş redaktoru Əhməd Qulami dördüncu adamdır ki, siyasi yazılarla bağlı həbs edilir.
Jurnaslitləri müdafiə qruplarının məlumatlarında reyd zamanı jurnalistlərin polis tərəfindən döyüldüyü deyilir.
Jurnalistləri Müdafiə Komitəsinin dediyinə görə, həbslər çərşənbə axşamı iki reyd keçirilən zaman edilib. Jurnalistləri müdafiə qruplarının məlumatlarında çox sayda dəlillərə əsasən jurnalistlər birinci reyd zamanı polis tərəfindən döyülüb. İran hökuməti bu məlumatları təsdiq etməyib. “Şərq” qəzeti fəaliyyətini iki il yarımlıq qadağadan sonra aprel ayında bərpa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR