Bank Of Baku

İranda baş redaktor həbs olunub

İranda baş redaktor həbs olunub
# 20 dekabr 2010 07:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İranda “Mahnameye Talesh” ( “Məşhur talışlar”) jurnalının baş redaktoru həbs olunub. APA-nın məlumatına görə, jurnalın baş redaktoru Şahram Azmude barəsində 6 aylıq həbs-qətimkan tədbiri seçilib. Ş. Azmude redaktoru olduğu nəşrdə milli-irqi ayrı-seçkiliyi təbliğ edən yazılara mütəmadi yer ayırmaqda və bununla da İranın dövlət quruluşuna qarşı təhlükə yaratmaqda ittiham olunub.

Qeyd edək ki, “Mahnameye Talesh” jurnalı İranda talış dilində nəşr olunan yeganə mətbuat orqanıdır. Jurnalın nəşri bu ilin oktyabrında İranın İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən dayandırılıb. Ş. Azmude yerli məmurlardan birinin iddiası ilə bir müddət əvvəl də həbs olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR