Bank Of Baku

Manuçöhr Mottəki: “Bu şəkildə istefaya göndərilməyim təhqiredicidir”

Manuçöhr Mottəki: “Bu şəkildə istefaya göndərilməyim təhqiredicidir”
# 20 dekabr 2010 07:37 (UTC +04:00)
APA-nın məlumatına görə, Manuçöhr Mottəki bildirib ki, nə Seneqala səfərdən əvvəl, nə də səfər zamanı vəzifədən uzaqlaşdırıldığı barədə məlumatlandırılmayıb. O istefaya göndərilməsini “qeyri-diplomatik, qeyri-islami və təhqiredici” hərəkət kimi dəyərləndirib. İran xarici işlər nazirinin vəzifədən getməsinə həsr olunmuş təntənəli mərasim ötən həftə keçirilib, lakin Manuçöhr Mottəki mərasimə qatılmayıb. Prezident Əhmədinejad son beş il ərzində göstərdiyi fəaliyyətə görə Mottəkiyə təşəkkürünü bildirib və ona gələcək həyatında uğurlar diləyib. Bununla belə prezident Əhmədinejad nazirin istefaya göndərilməsinin səbəblərini açıqlamayıb. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirib ki, Mottəkinin istefaya göndərilməsi ölkənin xarici siyasət kursunda dəyişikliyə səbəb olmayacaq: “İranın xarici siyasətinin əsas istiqamətləri ən yüksək səviyyədə müəyyənləşir və Xarici İşlər Nazirliyi bu siyasəti həyata keçirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR