Bank Of Baku

İraqda kilsələr üçmetrlik hasara alınırlar

İraqda kilsələr üçmetrlik hasara alınırlar
# 21 dekabr 2010 03:53 (UTC +04:00)
Bakı-APA. Yaxın vaxtlarda hökumətin qərarı ilə Bağdad və Mosuldakı xristian kilsələri üçmetrlik daş hasara alınacaqlar. APA-nın məlumatına görə, bu barədə KAI agentliyi bildirir. Artıq hasara alınma işlərinə başlanıb.

İraq hökuməti ümid edir ki, bu yaxınlarda xristianlara qarşı baş vermiş terror aktlarından sonra görülmüş tədbirlər yeni hücumların qarşısını alacaq. İndi kilsəyə yalnız nəzarət-buraxılış məntəqəsindən girmək mümkün olacaq.

Bu il İraqda Milad bayramı yalnız hökumət qüvvələrinin qoruduğu kilsələrdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR