Bank Of Baku

Mənuçöhr Mottəki: “Vəzifədən azad edilməyim qeyri-əxlaqi, qeyri-islami, qeyri-diplomatik, alçaldıcı və təhqiredicidir”

Mənuçöhr Mottəki: “Vəzifədən azad edilməyim qeyri-əxlaqi, qeyri-islami, qeyri-diplomatik, alçaldıcı və təhqiredicidir”
# 24 dekabr 2010 10:24 (UTC +04:00)
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözlər İranın keçmiş xarici işlər naziri Manuçöhr Mottəkinin ofisinin onun adından yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda bildirilir ki, M. Mottəkinin xarici işlər naziri vəzifəsindən gözlənilməz şəkildə azad edilməsi qeyri-əxlaqi, qeyri-islami, qeyri-diplomatik olmaqla yanaşı, alçaldıcı və təhqiredicidir: “Məsələ hamıya aydın olsun deyə bunu açıqlamaq lazımdır. Mottəkinin Seneqala rəsmi səfərə getdikdən bir neçə saat sonra işdən azad edilməsindən və yerinə təyinatdan xəbəri yox idi. Prezident Mottəkinin Seneqala səfəri zamanı onun 3 gün ölkədə olmayacağını, eləcə də ölkədən çıxma və ölkəyə daxil olma saatını bilmirdimi?”

Bəyanatda deyilir ki, M. Mottəki işdən çıxarıldığını Seneqalda olarkən seneqallı həmkarından eşidib: “Bu, islam ölkəsi üçün utanc gətirən bir əməl deyilmi?”

Qeyd edək ki, bu bəyanat İran prezidenti Mahmud Əhmədinejadın sözlərinə cavab xarakterlidir. M. Əhmədinejad jurnalistlərə açıqlamasında bildirib ki, Mottəki vəzifədən azad ediləcəyindən xəbərdar idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR