Bank Of Baku

Əhməd Gəravənd casusluqda ittiham edilən qadının həbs edildiyini bildirib

Əhməd Gəravənd casusluqda ittiham edilən qadının həbs edildiyini bildirib
# 09 yanvar 2011 01:20 (UTC +04:00)
Bakı-APA. İranın sərhəd polis komandirinin müavini Əhməd Gəravənd bu həftə casusluqda ittiham edilən qadının həbs edildiyini bildirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbər görə, onun dedikləri İranın dövlət mətbuatında daha əvvəl yayılan xəbər ilə ziddiyyət təşkil edir. Əhməd Gəravənd həmin qadının Azərbaycanla sərhəd bölgəsində nəzarət altına alındığını deyib. O, qadının amerikalı olduğunu bildirib. Qeyri-rəsmi Fars xəbər agentliyi isə qadının milliyyətinin bəlli olmadığına dair xəbər yayıb. Daha əvvəlki xəbərlərdə qadının Hall Talayan olduğu və onun Ermənistandan İrana keçməyə cəhd etdiyi bildirilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR