Bank Of Baku

Seul Pxenyanın dialoqa başlamaq təklifini rədd edib

Seul Pxenyanın dialoqa başlamaq təklifini rədd edib
# 10 yanvar 2011 07:37 (UTC +04:00)
Seul-APA. Cənubi Koreya hakimiyyəti Şimali Koreya ilə danışıqlara başlamaqdan rəsmən imtina edib. APA-nın məlumatına görə, rəsmi Seul Şimali Koreya rəhbərliyinin dialoq çağırışlarının səmimiliyinə inanmadığını bildirib. Cənubi Koreya bəyan edib ki, Şimali Koreya ilə danışıqlar yalnız bu ölkə silahların ixtisarı istiqamətində ciddi addımlar atdıqdan sonra gerçəkləşə bilər. Söhbət ilk növbədə nüvə silahından imtina etməkdən gedir. Xatırladaq ki, rəsmi Pxenyan yanvarın 8-də Cənubi Koreyaya heç bir ilkin şərt irəli sürmədən danışıqlara başlamağı təklif edib. İki ölkə arasında münasibətlər Enpxendo adasındakı silahlı insidentdən sonra gərginləşib. İnsident zamanı ən azı 4 nəfər ölüb, tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR