Bank Of Baku

İranda fizikə qarşı sui-qəsd edən şəxslər yaxalanıb

İranda fizikə qarşı sui-qəsd edən şəxslər yaxalanıb
# 10 yanvar 2011 12:52 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. 2010-cu ilin əvvəllərində İranın Tehran Universitetinin müəllimi, fizik Məsud Əliməhəmmədiyə sui-qəsd edən şəxslər yaxalanıb. APA-nın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Məlumatda bildirilir ki, uzun sürən axtarış tədbirlərindən sonra alimə qarşı terrorda İsrail xüsusi xidmət orqanlarının əli olduğu sübuta yetirilib: “İsrail xüsusi xidmət orqanları insaniyyət və islam əleyhinə apardıqları cinayətkar fəaliyyətdə əsasən İranın qonşu ölkələrindəki müəyyən qüvvələrdən istifadə edirlər. Biz bu yaxınlarda İran əleyhinə işləyən digər mütəşəkkil cinayətkar dəstəni də aşkara çıxaracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR