Bank Of Baku

Pekin "Stelz" tipli təyyarəsinin sınaqdan keçirdiyini təsdiqləyib

Pekin "Stelz" tipli təyyarəsinin sınaqdan keçirdiyini təsdiqləyib
# 12 yanvar 2011 00:34 (UTC +04:00)
Bakı-APA. Çin özünün istehsal etdiyi "Stelz" tipli hərbi təyyarələrinin ilk sınaq uçuşunu həyata keçirib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Çində səfərdə olan ABŞ müdafiə naziri Robert Qeyts deyib ki, yeni hərbi təyyarələrin sınaqdan keçirilməsini Çin prezidenti Hu Jintao da təsdiqləyib.
ABŞ müdafiə nazirinin sözlərinə görə, Çin prezidenti bu faktı Pekində keçirilmiş görüşün gedişində təsdiqləyib.
Bundan əvvəl, sözü gedən yeni tipli hərbi təyyarənin şəkilləri işıq üzü görmüşdü.
Həmin şəkillərdə sözü gedən təyyarələr Çinin cənub - qərbində aerodrom üzərində əks etdirilmişdilər.
Sözü gedən şəkillər bir sıra Çin internet saytlarında dərc olunmuşdular.
Birbaşa "Stelz" hərbi təyyarələrin adını çəkmədən, Çinin xarici işlər naziri Hong Lei deyib ki, istənilən ölkənin öz silah arsenalını müasirləşdirməyə və təkmilləşdirməyə can atmaqda qeyri - adi bir nə isə yoxdur.
Onun sözlərinə görə, texnoloji inkişaf və müdafiə tələbləri perspektivindən məsələyə baxanda, silah arsenalının müasirləşdirilməsi, təzələnməsi hər bir ölkə üçün normal bir hal kimi qəbul olunmalıdır.
Nazir Hong Lei vurğulayıb ki, Çində silahların təkmilləşdirilməsi müdafiə məqsədləri üçün edilir.
Onun fikrincə, bu zaman "suverenlik, təhlükəsizlik, və ərazi bütövlüyü əsas meyarlar kimi qəbul edilir".
O, eləcə də qeyd edib ki, Çində silahların təkmilləşdirilməsi digər ölkələrə təhlükə yaratmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR