Bank Of Baku

İran: Avropa İttifaqının dəvəti rədd etməsinin nüvə müzakirələrinə təsiri olmayacaq

İran: Avropa İttifaqının dəvəti rədd etməsinin nüvə müzakirələrinə təsiri olmayacaq
# 12 yanvar 2011 01:45 (UTC +04:00)
Bakı-APA. İran Avropa İttifaqının nüvə obyektlərini nümayiş etdirmək üçün xarici diplomatların ölkəyə dəvətini rədd etməsinin nüvə müzakirələrinə təsiri olmayacağını deyir. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst bildirib ki, bu ay Türkiyədə keçiriləcək görüşün digər məsələlərlə əlaqəsi yoxdur. İstanbul görüşü yanvar ayının 21-i və 22-i baş tutmalıdır. İranın dəvətini alan ölkələrə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya və Çin, habelə Misir, Kuba və Avropa İttifaqının prezidentliyini icra edən Macarıstan daxildir. İran ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanı dəvət etmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR