Bank Of Baku

Avstraliyada daşqınlar nəticəsində 10 nəfər həlak olub

Avstraliyada daşqınlar nəticəsində 10 nəfər həlak olub
# 12 yanvar 2011 02:31 (UTC +04:00)
Bakı-APA. Avstraliyada dağıdıcı daşqınlar nəticəsində 10 nəfər həlak olub, onlarla adam itkin düşüb.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, ölkənin üçüncü ən böyük şəhəri olan Brisben təhlükə altındadır. Ötən ilin dekabr ayından başlanan Taşa tropik fırtınasından bu günə kimi Avstraliyada təbii fəlakətdən 20 nəfər həlak olub.
Qvinsland ştatının başçısı Anna Bliynin sözlərinə görə, bu günə kimi 90 nəfər itkin düşüb.
Daşqınlar nəticəsində su 2 milyon əhalisi olan Brisben şəhərinə yaxınlaşıb. Bu şəhərin yaxınlığında 15 min nəfər əhalisi olan Ipsiuç qəsəbəsi su altında qalıb. Brisben şəhərinin meri Kampbel Nyuman deyib ki, suyun səviyyəsinin surətlə qalxması davam edərsə şəhərin aşağı hissəsində yerləşən 20 min ev su altında qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR