Bank Of Baku

Əfqanıstanda baş verən partlayışlarda 4 İSAF hərbçisi həlak olub

Əfqanıstanda baş verən partlayışlarda 4 İSAF hərbçisi həlak olub
# 12 yanvar 2011 14:46 (UTC +04:00)
Kabil-APA. Əfqanıstanın cənubunda və şərqində mina partlamaları nəticəsində Əfqanıstanda təhlükəsizliyə dəstək üçün beynəlxalq qüvvələrin (İSAF) dörd hərbçisi ölüb. APA-nın məlumatına görə, İSAF komandanlığı üç hərbçinin ölkənin şərqində, bir hərbçinin isə cənubda öldüyünü açıqlayıb. Qəbul olunan qaydalara görə, ölən hərbçilərin milliyyəti açıqlanmır. Bununla da bu il Əfqanıstanda ölən İSAF hərbçilərinin sayı 15 nəfərə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR