Bank Of Baku

Livan hökumətinin 10 naziri istefa verib

Livan hökumətinin 10 naziri istefa verib
# 12 yanvar 2011 19:52 (UTC +04:00)
Bakı-APA. Livanın Milli birlik hökumətində «Hizbullah» təşkilatını təmsil edən 10 nazir istefa verərək prezident Mişel Süleymanı yeni kabinet qurmağa çağırıblar.

Hökumətin buraxılması üçün 11 nazirin istefası vacibdir. Daha öncə nazir Adnan Səidin də istefa verəcəyi deyilirdi, lakin hələlik onun bu barədə qəti fikri bilinmir.

Eyni zamanda Livan Konstitusiyasına görə, hökumətdə ölkədəki bütün dinlər və məzhəblər təmsil olunmalıdırlar. Müxalifətçi şiə nazirlərin istefası avtomatik olaraq hökumətin legitimliyini şübhə altına qoyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR