Bank Of Baku

ABŞ vitse-prezidenti İraqdadır

ABŞ vitse-prezidenti İraqdadır
# 13 yanvar 2011 02:57 (UTC +04:00)
Bakı-APA. ABŞ vitse-prezidenti Cozef Bayden bu gecə İraqa elan olunmamış səfərə gəlib.

Yanvarın 13-də Bayden İraq liderləri ilə görüşməlidir. Görüşlərdə ABŞ qoşunlarının İraqda 2011-ci il dekabrın 31-dən sonra qalıb-qalmayacağı məsələsi müzakirə olunacaq.

Bir müddət öncə İraqın baş naziri Nuri əl-Maliki bildirmişdi ki, təhlükəsizliyin bərpasında yaranan müəyyən çətinliklərə baxmayaraq ABŞ qoşunlarının deyilən müddətdə ölkədən çıxarılması vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR