Bank Of Baku

İranda avtomobil partlayıb, 4 nəfər ölüb

İranda avtomobil partlayıb, 4 nəfər ölüb
# 13 yanvar 2011 07:53 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Azadşəhr şəhərində avtomobil partlayıb.
İran istehsalı olan “Peugeot 405” markalı avtomobilin partlaması nəticəsində 4 nəfər dünyasını dəyişib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, avtomobilin sahibi yanacaqdoldurma məntəqəsində yanacaq götürərkən avtomobil qəfil alışıb. Avtomobildə olan 2 qadın və 2 uşaq yanaraq həlak olublar. Avtomobil sahibi yaralanıb. Faktla bağlı cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR