Bank Of Baku

İordaniyanı etiraz nümayişləri bürüyüb

İordaniyanı etiraz nümayişləri bürüyüb
# 22 yanvar 2011 01:54 (UTC +04:00)
Bakı-APA. İordaniyada minlərlə nümayişçi küçələrə çıxaraq ölkədəki iqtisadi şəraitə etiraz edərək baş nazirin istefa verməsini tələb ediblər. Paytaxt Əmman və başqa şəhərlərdə başlayan nümayişlər Tunisdə oxşar nümayişlərin hökuməti dəyişməsindən sonraya təsadüf edir. Müxtəlif şüarlar səsləndirən nümayişçilər baha ərzaq qiymətlərinə etiraz edərək hökuməti korrupsiyanın qarşısını almamaqda ittiham ediblər. Baş verən nümayişlər son həftələrin ən irimiqyaslı nümayişləridir. Mitinqlər müxalifət qrupları tərəfindən təşkil olunub. Təşkilatçılar mitinqlərə qərar verərkən baş nazir Samir əl-Rifainin vədlərinə məhəl qoymayıblar. Baş nazir vəd etmişdi ki, hökumət işçilərinin maaşları və pensiyalar artırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR