Bank Of Baku

Malayziyada iranlı narkotik qaçaqmalçıları tutulub

Malayziyada iranlı narkotik qaçaqmalçıları tutulub
# 26 yanvar 2011 08:46 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Malayziyada narkotik qaçaqmalçılığı ilə məşğul olan 15 İran vətəndaşı həbs olunub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Malayziya polisi məlumat yayıb. Məlumatda bildirilir ki, 5 ay araşdırmalardan sonra məlum olub ki, 15 nəfərdən ibarət dəstə Malayziyanın müxtəlif şəhərlərində narkotik maddələrin yayımı, istehsalı və satışı ilə məşğul olublar.
Polisin səyi nəticəsində dəstənin narkotik laboratoriyası aşkar edilib. Qaçaqmalçılardan küllü miqdarda narkotik maddə, pul və maddi vəsait aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR