Bank Of Baku

Misirdə nümayişçilər iki şəhəri ələ keçiriblər

Misirdə nümayişçilər iki şəhəri ələ keçiriblər
# 28 yanvar 2011 17:04 (UTC +04:00)
Bakı – APA. Misirli dissident və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sabiq rəhbəri Məhəmməd Əl-Baradey Qahirədə ev dustağı edilib. APA-nın məlumatına görə, hazırda Misirin paytaxtı Qahirədə və digər şəhərlərdə müxalifətin etiraz aksiyaları davam edir. Aksiya iştirakçıları hakim Milli Demokrat Partiyasının Mənsur və Dumiədəki qərargahını dağıdıb, həmçinin İsgəndəriyyə şəhərində hökumət binalarını və bir neçə polis maşınını yandırıblar.

Aksiya iştirakçılarını dağıtmaq üçün Qahirənin küçələrinə ordu qüvvələri və zirehli texnika yeridilib.

İsgəndəriyyə, Süveyş və digər şəhərlərdə hökumət qüvvələri ilə müxalifətçilər arasında baş verən toqquşmada bir neçə nəfərin həlak olduğu bildirilir. Bəzi məlumatlara görə, ölənlərin sayı artıq 10-a çatıb.

Qeyri-rəsmi məlumatlara əsasən, hökumət qüvvələri İsgəndəriyyə və Süveyş şəhərlərini tərk edib, bu şəhərlər nümayişçilərin əlinə keçib.

Aksiya iştirakçıları prezident Hüsnü Mübarəkin istefasını tələb edilər. Çevriliş baş tutacağı təqdirdə, ölkəyə Əl-Baradeyin rəhbərlik edəcəyi gözlənilir. Əl-Baradey etiraz aksiyalarında iştirak etmək üçün ölkəyə qayıdıb. O, bu gün Qahirədə keçirilən aksiyaya qoşulsa da, polis onun hərəkətini məhdudlaşdıraraq, ev dustağı edib.

Bu gündən Qahirə və İsgəndəriyyədə komendant saatı elan olunub. Yaxın saatlarda prezident Hüsnü Mübarəkin xalqa müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, Misirdə etiraz aksiyaları yanvarın 25-dən başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR