Bank Of Baku

İranın təhlükəsizlik naziri: “İsrailin Ron Arad Fondu ilə əməkdaşlıq edənlər könüllü təslim olsalar, onlara müəyyən güzəştlər edəcəyik”

İranın təhlükəsizlik naziri: “İsrailin Ron Arad Fondu ilə əməkdaşlıq edənlər könüllü təslim olsalar, onlara müəyyən güzəştlər edəcəyik”
# 31 yanvar 2011 10:21 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Ron Arad Fondu qonşu ölkələrdə casusluq fəaliyyəti ilə məşğuldur. İsrailin xüsusi xidmət orqanı “Mossad”ın həm İranda, həm də qonşu ölkələrdə ölkəmiz əleyhinə hansı təxribatlarla məşğul olduqlarını bilirik”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İranın təhlükəsizlik naziri Heydər Müslihi deyib. O bildirib ki, İsrailin casusluqla məşğul olan Ron Arad Fondu ilə əməkdaşlıq edənlərin bir neçəsi həbs olunub: “İsrail rejimi qonşu ölkələrdə və İranda lazımı terror aktlarının həyata keçirilməsi üçün müəyyən bazalar yaradıb. İranın son ildə terrora məruz qalan alimləri bu bazaların vasitəsi ilə öldürülüb. Biz xalqımızın köməyi ilə tezliklə Ron Arad Fondunun saytı ilə əməkdaşlıq edən digər şəxsləri də aşkar edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR