Bank Of Baku

Yaponiyanın Onaqava atom elektrik stansiyasında zəlzələdən sonra başlayan yanğın söndürülüb

Yaponiyanın Onaqava atom elektrik stansiyasında zəlzələdən sonra başlayan yanğın söndürülüb
# 11 mart 2011 14:13 (UTC +04:00)
APA-nın məlumatına görə, yeraltı təkanlardan sonra Onaqava AES-də qəza siqnalı işə düşüb və nəticədə enerji bloklarından biri fəaliyyətini dayandırıb. Hadisədən dərhal sonra baş nazir Naoto Kan təbii fəlakət nəticəsində atom elektrik stansiyalarında radiasiya sızıntısının qeydə alınmadığını bəyan edib. Artıq Yaponiya Özünümüdafiə Qüvvələrinin birləşmələri alovu ram edə biliblər.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik təhlükəsizlik səbəbilə Yaponiyada dörd atom elektrik stansiyasının rekatorlarının söndürüldüyünü açıqlayıb. Hazırda zəlzələdən sonra risk zonasında hansı AES-lərin olduğu aydınlaşdırılır. Qeyd edək ki, Yaponiya adalarında yerləşən atom elektrik stansiyaları yeraltı təkanlar başlayan kimi avtomatik olaraq sönür. Ölkədə 55 atom elektrik stansiyası var, Yaponiyada istehsal olunan elektrik enerjisinin 30 faizi bu stansiyaların payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR