Bank Of Baku

Yəməndə hökumət əleyhinə nümayişin dağıdılması zamanı 1 nəfər ölüb, 300-dən çox adam yaralanıb

Yəməndə hökumət əleyhinə nümayişin dağıdılması zamanı 1 nəfər ölüb, 300-dən çox adam yaralanıb
# 12 mart 2011 11:41 (UTC +04:00)
Bakı – APA. Yəmənin paytaxtı Sana şəhərinin baş meydanında keçirilən hökumət əleyhinə nümayişin polis tərəfindən dağıdılması zamanı 1 nəfər ölüb, 300-dən çox adam yaralanıb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölən şəxs məktəb yaşlı uşaq ola bilər.

Qeyd edək ki, Sananın Universitet Meydanında prezident Əli Abdulla Salehin istefası və demokratik islahatların keçirilməsi tələbi ilə 2 həftədən çox idi oturaq aksiya keçirilirdi. 12 mart səhəri polis odlu silah və gözyaşardıcı qazdan istifadə edərək mitinqçiləri qovmağa başlayıb. Nümayişçilər polisin meydanda qurduğu beton maneələri dağıtdıqdan sonra polis tərəfindən insanlara atış açılıb. Polisin gözyaşardıcı qaz yerinə zəhərli qazdan istifadə etdiyinə dair də xəbərlər yayılıb. Belə ki, bir çox mitinqçi polisin müdaxiləsindən sonra huşsuz halda yerə yıxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR