Bank Of Baku

Yaponiyanın liman şəhərində 9,5 min nəfər yoxa çıxıb

Yaponiyanın liman şəhərində 9,5 min nəfər yoxa çıxıb
# 12 mart 2011 14:50 (UTC +04:00)
Bakı – APA. Zəlzələ və sunami fəlakəti ilə üzləşmiş Yaponiyanın Minamisanriku liman şəhərində 9,5 min sakin itkin düşüb. APA-nın “Kyodo News” agentliyinə istinadən verdiyi məlumata görə, bunu yerli hakimiyyət orqanları bildiriblər. Şəhərin ümumi əhalisi 17 mindən bir qədər çoxdur. “France Presse” şəhərdə itkin düşənlərin sayının 10 mindən çox olduğunu xəbər verib.

Qeyd edək ki, Yaponiyada zəlzələ və sunami nəticəsində ölənlərin nə dəqiq, nə də təxmini sayı hələ bəlli deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR