Bank Of Baku

Yəmən müxalifəti 25 martı “İstefa cüməsi” elan edib

Yəmən müxalifəti 25 martı “İstefa cüməsi” elan edib
# 25 mart 2011 07:45 (UTC +04:00)
Bakı – APA. Yəməndə müxalifət qrupları prezident Əli Abdulla Salehin istefasını ilin sonuna qədər gözləmək niyyətində deyil. APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, müxalifət koalisiyasının lideri Yasin Noman prezident Salehin 2011-ci ilə qədər prezident vəzifəsində qalıb sonra istefaya gedəcəyinə dair açıqlamasını boş sözlər adlandırıb. O, müxalifətin bu şərti qəbul etməyəcəyini və mövcud rejimlə dialoqa getməyəcəyini bildirib.


Müxaliflər martın 25-ni “İstefa cüməsi” elan ediblər. Onlar bu gün küçələrə yüz minlərlə adam çıxarmaq niyyətindədir.

Yəmən şəhərlərində isə hökumət qüvvələri ilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında toqquşmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR