Bank Of Baku

Myanmada baş verən zəlzələdə azı 25 nəfər ölüb

Myanmada baş verən zəlzələdə azı 25 nəfər ölüb
# 25 mart 2011 08:34 (UTC +04:00)
Bakı – APA. Martın 24-də Myanmada baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində azı 25 nəfər ölüb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin episentrinə yaxın olan yaşayış məntəqələrinin hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini deyiblər. Tarley şəhərində 25 bina və 5 monastır dağılıb. Şəhərə gedən yol ciddi şəkildə zərər görüb və hazırda bağlıdır.

Yeraltı təkanlar Tailandın paytaxtı Banqkok şəhərində və Çinin bəzi bölgələrində də hiss olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR