Bank Of Baku

İordaniya paytaxtında iğtişaşlar başlayıb

İordaniya paytaxtında iğtişaşlar başlayıb
# 25 mart 2011 18:51 (UTC +04:00)
Bakı-APA. Martın 25-də İordaniyanın paytaxtı Əmmanda hökumət tərəfdarları və əleyhdarları arasında baş vermiş qarşıdurma nəticəsində yüzdən artıq insan həlak olub. Bu barədə France-Presse agentliyi yerli xəstəxanalardakı həkimlərə istinadən məlumat verir.

Həkimlərin sözlərinə görə, xəsarət alanlar arasında təkcə qarşıdurma iştirakçıları deyil, həm də polislər var.

Qayda-qanunu bərpa etmək üçün polis rezin dəyənəklər və su toplarından istifadə edib.

Qarşıdurma daş və ağaclarla silahlanmış hökumət tərəfdarlarının müxalifətçilərə hücum etməsindən sonra başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR