Bank Of Baku

Aşqabadda “Türk xalqlarının mədəni irsi” festivalı və konfrans keçiriləcək

Aşqabadda “Türk xalqlarının mədəni irsi” festivalı və konfrans keçiriləcək
# 17 aprel 2011 03:28 (UTC +04:00)
APA-nın Regnum agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan hökumətinin iclasında danışılıb.

Türkmənistan prezidentinin mətbuat xidməti bildirib ki, prezident Qurbanqulu Berdiməhəmmədov müvafiq icra strukturlarına göstərişlər verib ki, “Türk xalqlarının mədəni irsi” Beynəlxalq konfrans və festivalı ən yüksək səviyyədə keçirilsin.

Bu görüşlər Türkmənistan prezidenti tərəfindən 2010-cu ilin sentyabr ayının 16-da İstanbulda verilən təkliflərə uyğun şəkildə keçiriləcək.

Forumun təşkilatçılarının sözlərinə görə, əsas məqsədlərdən biri gənc nəslin milli tarixi, ana dili, ədəbiyyatı, mədəniyyət və türk xalqlarının ənənələrini öyrənilməsinə sövq etməkdir.
Türkdilli ölkələrin ilk zirvə görüşü 1992-ci ildə Ankarada keçirilib, sonra 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada, 2009-cu ildə Naxçıvanda, 2010-cu ildə İstanbulda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR