Bank Of Baku

Bəhreyn İran diplomatının ölkədən çıxarılmasına göstəriş verib

Bəhreyn İran diplomatının ölkədən çıxarılmasına göstəriş verib
# 26 aprel 2011 23:19 (UTC +04:00)
Bakı-APA. Bəhreyn İran diplomatının Küveytlə casusluqla əlaqəsi olduğunu deyərək, onun ölkədən çıxarılmasına göstəriş verib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Bəhreynin dövlət xəbər agentliyi bildirib ki, Bəhreynin Xarici İşlər Nazirliyi iranlı diplomat Höcətulla Rəhmaninin 72 saat ərzində ölkəni tərk etməli olduğunu bəyan edib. Bəhreyn İranı beynəlxalq münasibətlərə və regionda təhlükəsizliyə təhlükə yarada bilən addımlarına son qoymağa çağırıb.
İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst isə Bəhreynin belə bəyanatlarının İranla qonşuluq münasibətlərinə zidd olduğunu deyərək, İranın buna eyni dərəcədə cavab verə biləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR