Bank Of Baku

Tehranda İraq-İran konfransı keçirilib

Tehranda İraq-İran konfransı keçirilib
# 04 may 2011 02:47 (UTC +04:00)
Bakı-APA. İran qonşu İraqla daha sıx mədəni və iqtisadi əməkdaşlığa çağırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, İran parlament spikeri Əli Laricani bildirib ki, İran İraqla yeni münasibətlərin yol xəritəsinin yaradılmasını istəyir. Spiker hər iki ölkənin islam sivilizasiyasının inkişafına xidmət edə biləcəyini deyib. Əli Laricani bunları Tehranda keçirilən İraq-İran konfransı zamanı söyləyib.

Keçən əsrin 80-ci illərin müharibəsinə baxmayaraq, 2003-cü ildə ABŞ-ın başçılığı ilə Səddam Hüseynin hakimiyyətdən devrilməsindən sonra ölkələr arasında əlaqələr yaxınlaşıb.

İraqın silahlı qüvvələrinin baş komandanı İranın da üzv olacağı regional təhlükəsizlik təşkilatının təsisinə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR