Bank Of Baku

Mahmud Abbas İsrail və HƏMAS arasında seçim edib

Mahmud Abbas İsrail və HƏMAS arasında seçim edib
# 04 may 2011 16:31 (UTC +04:00)
Bakı - APA. Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas siyasi tərəfdaş olaraq İsraili deyil, HƏMAS hərəkatını seçdiyini bəyan edib. APA-nın məlumatına görə, bu bəyanatı M.Abbas Qahirədə Fələstinin milli bütövlüyü haqqında sazişin rəsmi imzalanma mərasimində səsləndirib.

Mərasim BBC tərəfindən canlı yayınlanıb. M.Abbas deyib ki, İsrail ona təzyiq edərək seçim etməyi təklif edib: “Mən öz qardaşlarımı - HƏMAS-ı seçirəm. Onlar xalqımızın bir hissəsi, bizim ailəmizdir”.

M.Abbas əlavə edib ki, bundan sonra seçimi İsrail etməlidir - ya yaşayış məntəqələrinin tikintisinin davam etdirilməsi, ya da sülh: “Sülh prosesinin yekun məqsədi isə 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil FƏləstin dövlətinin yaradılmasıdır”.

Qeyd edək ki, Qahirədə imzalanan saziş ümumi hakimiyyət orqanlarının yaradılmasını, prezident və parlament seçkilərinin keçirilməsini nəzərdə tutur. Dörd il əvvəldən indiyədək Fələstin Muxtariyyəti HƏMAS-ın idarə etdiyi Qəzza sektoruna və FƏTH-in nəzarəti altında olan Qərb sahilinə bölünüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR