Bank Of Baku

Suriya müxalifətinin lideri həbs olunub

Suriya müxalifətinin lideri həbs olunub
# 06 may 2011 17:02 (UTC +04:00)
APA-nın məlumatına görə, R. Seif paytaxt Dəməşqin Midan məhəlləsində hökumət əleyhinə nümayişdə tutulub. Bu barədə onun qızı Jumana Seif (Jumana Seif) xəbər verib. “Atamı və bir neçə nümayişçini Al Hassan məscidi yaxınlığında tutaraq, avtobusa basdılar”, -deyə J. Seif bildirib.

64 yaşlı R. Seif siyasi dissidentdir. O, əvvəllər parlamentin üzvü və nüfuzlu biznesmenlərdən olub. 2001-ci ildə hakim Ərəb Sosialist İntibah Partiyasına müxalif partiya yaradıb. Bundan sonra bir neçə dəfə həbs olunan R. Seif 2010-cu ildə azadlığa çıxıb.

Qeyd edək ki, demokratik islahatlar tələbi ilə aksiyalar Suriyada martın ortalarında başlayıb. Müxalifətin məlumatına görə, nümayişçilərlə hökumət qüvvələri arasında baş verən toqquşmalarda 500-dən artıq insan həlak olub. Hökumət isə 70 mülki şəxsin, 80-dən artıq əsgər və polisin öldüyünü açıqlayıb.

Etiraz aksiyaları, əsasən Deraa şəhərində keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR