Bank Of Baku

Iranda həbsdə olan iki kino-rejissorunun filmləri Kann festivalında nümayiş etdiriləcək

Iranda həbsdə olan iki kino-rejissorunun filmləri Kann festivalında nümayiş etdiriləcək
# 07 may 2011 23:21 (UTC +04:00)
Bakı-APA. İranda həbsə olan iki kino-rejissor, Cəfər Pənahi və Məhəmməd Rəsulofun filmləri Kann festivalında nümayiş etdiriləcək.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, festivalın təşkilatçıları Pənahinin “Bu film deyil” adlı filminin may ayının 20-si, Rəsulofun “Görüşmək ümidi ilə” filminin may ayının 14-də ekranlara çıxacağını deyir. 2010 ilin dekabr ayında İran məhkəməsi islam rejimi əleyhinə təbliğat ittihamı ilə onların hər ikisinin altı il müddətinə azadlıqdan məhrum edilməsinə hökm verib. Kann rəsmiləri kino-filmləri necə əldə etdikləri barədə məlumat verməyib. Kann festivalı may ayının 11-dən 22-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR